Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan və Azərbaycan iqtisadi tərəfdaşa çevriləcəkmi... - "Forbes" yazır

Ermənistan və Azərbaycan iqtisadi tərəfdaşa çevriləcəkmi... -


"Azərbaycanın müharibədə qələbəsindən dərhal sonra regionda sülh şəraitində birgəyaşayış planları qurulmağa başlanıb".

 Bu barədə "Forbes.ru" yazıb.

 Bildirilib ki, Ermənistanla Azərbaycan arasında tezliklə sülh müqaviləsinin imzalanması barədə danışmaq bunu daha da stimullaşdırır: "Heç kim ölkələr arasında sıx əməkdaşlıq gözləmir, amma ümid var ki, bir-birlərinə öz ərazilərindən tranzit kimi istifadəyə şərait yaradacaqlar". 

 Qeyd olunub ki, Azərbaycanlıların Naxçıvana və Türkiyəyə çıxışa ehtiyacı var ki, bunun ən asan yolu Ermənistan ərazisindən keçən dəmir yolunu bərpa etməkdir: "Ermənilərin Rusiyaya çıxış yoluna ehtiyacları var və onu əldə etmək üçün Azərbaycandan başqa yol yoxdur".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də