Portuqaliyada yerləşən kafelərin birində qəribə anlaşılmazlıq yaşanıb.
Rus dilində danışan turist kafedə nar şirəsi sifariş vermək istəyib.
Rusdilli turist kafedə ofisianta nar şirəsi (rusca: гранатовый сок) əvəzinə “qranata” (граната-qumbara) sifariş verib.
Ofisiant müştərinin terror aktı törətməklə hədələdiyini düşünüb və polisə müraciət edib. Hadisə yerinə gələn polislər turisti silahla mühasirəyə alaraq tutublar.
Görüntülər sosial şəbəkədə maraqla qarşılanıb. Anlaşılmazlıq aradan qalxdıqdan sonra turist sərbəst buraxılıb.