Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dağıstandakı hadisələr yəhudilərə və dövlətə qarşı yönəlib - Səfir

Dağıstandakı hadisələr yəhudilərə və dövlətə qarşı yönəlib - Səfir


İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi Dağıstanın paytaxtı Mahaçqala şəhərində hava limanında iğtişaşların yəhudilərə və dövlətə qarşı yönəldiyini bildirib.

 Diplomat RBC-yə müsahibəsində bu barədə danışıb.

 O deyib ki, bucür hərəkətlərə son qoyulmalıdır. Səfir qeyd edib ki, iğtişaşların kənardan təşkil olunduğuna dair heç bir sübutu yoxdur, lakin o, baş verənləri “qıcıqlandırıcı çıxışların, kanalların və digər mənbələrin nəticəsi” hesab edir.

 

“Bu, təkcə yəhudilərə və Dağıstana qarşı deyil, dövlətə qarşı yönəlib. Buna tam ciddi şəkildə son qoyulmalıdır”, - diplomat bildirib.

 

O, Təl-Əvivdən gələn təyyarədə olan sərnişinlər arasında 30 nəfərin İsrail vətəndaşlığının olduğunu qeyd edib və onların bəzilərinin Dağıstanda yaşadığı barədə məlumat verib. Diplomat vurğulayıb ki, yəhudilər Dağıstanda uzun illər yaşayıblar: "Bura onların evidir".

 

Ben Zvinin dediyinə görə, iğtişaşlardan sonra Dağıstanda yaşayan yalnız bir ailə köçmək niyyətini bildirsə də, sonradan fikrini dəyişib.

 

Qeyd edək ki, oktyabrın 29-da Mahaçqala hava limanına bir neçə min insan toplaşıb. Etirazçılar hava limanının binasına, sonra uçuş-enmə zolağına daxil olublar. Nəticədə beynəlxalq hava limanının işi dayandırılıb. Dağıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşlarda 1.2 min nəfər iştirak edib. Toqquşmalar nəticəsində 20 nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 150 fəal iştirakçı müəyyən edib, 83-ü saxlanılıb, 15-i həbs edilib. Rusiya prezidenti Vladimir Putin iğtişaşların “Qərb kəşfiyyat orqanlarının əli ilə” törədildiyini iddia edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də