Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda ətin ucuzlaşacağı zaman AÇIQLANDI




2023-cü il oktyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda iribuynuzlu və xirdabuynuzlu heyvanların sayı azalıb.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib. Qeyd olunur ki, iribuynuzlu heyvanların sayı 2 mln. 533.1 min baş olub. Ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3% və ya 113.4 min baş azalıb. 7 mln. 223.2 min baş təşkil edən xırdabuynuzlu heyvanların sayı isə 8.9% və ya 705.1 min baş azalıb.

İribuynuzlu heyvanların sayı ən çox Sabirabad (125 255 baş), Bərdə ( 101 812 baş) və Cəlilabad (91 057 baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Beyləqan ( 301 583 baş), Şəmkir ( 273 898 baş), Ağcabədi ( 233 964 baş) rayonlarındadır. Xatırladaq ki, cari ildə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalaraq son 10 ilin ən aşağı həddinə düşüb.

Ölkəmizdə ətin qiymətində bahalaşma da müşahidə olunur.

Məlumata görə, məsələni şərh edən Liberal İqtisadiyyatçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, mal-qaraların sayının azalmasına səbəb heyvandarlığa olan marağın azalmasıdır:

“Məsələn, bitkiçilik, taxılçılıq kimi sahələrdə fermerlərə az-çox subsidiya verilir. Hələ həmin vəsaitin azlığından, hesabatlılığın olmamasından söz açmıram. Hər halda müəyyən qədər bu sahəyə vəsaitin verilməsini əsas götürürəm. Çünki heyvandarlıq sahəsində heç o da yoxdur. Yalnız özünüməşğulluq proqramı çərçivəsində müəyyən rayonlarda heyvandarlıqla məşğul olan fermerlərin sayı bir qədər artırılıb. Amma orada da korrupsiya məsələnin səmərəliliyini sıfıra endirir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də