Regiontv.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, 23 noyabr 2020-ci il tarixindən başlayan əməliyyatlar müddətində Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri tərəfindən təxminən 479,2 hektar ərazi, 182,8 kilometr yol, 710 tikili, o cümlədən 22 ictimai əhəmiyyətli obyekt partlamamış döyüş sursatlarından təmizlənib, 23 mindən çox partlayıcı zərərsizləşdirilib.
Aşkar edilmiş partlayıcı vasitələr və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqonda məhv edilir. Evakuasiya edilə bilməyən döyüş sursatları isə yerindəcə zərərsizləşdirilir