Azərbaycan Respublikasının 2024-cü il üzrə dövlət büdcəsi layihəsində Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılacaq dotasiyanın azaldılması nəzərdə tutulub.
Bu barədə müvafiq qanun layihəsində bildirilib.
2024-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinə dotasiyanın cari ilə müqayisədə 109,5 mln. manat azalması nəzərdə tutulur.
Belə ki, 2023-cü ildə dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiya 443,7 milyon manat nəzərdə tutulubsa, 2024-cü ildə bu rəqəmin 343,3 milyon manat olması proqnozlaşdırılıb.
Xəbəri paylaş