"İsrailin Qəzza zolağının məhv edilməsi planı yoxdur".
Bunu İsrailin Moskvadakı səfiri Aleksandr Ben Tsvi bildirib.
Onun sözlərinə görə, bununla belə, HƏMAS-ı məhv etmək və girovları qaytarmaq mövzusunda niyyət var.
Qeyd edək ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam etməkdədir. Hər iki tərəfdən minlərlə insan həlak olub.