BMT-nin Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits birdəfəlik qısamüddətli viza alaraq İsrailə yollanıb.
Bu barədə “Yediot Axronot” məlumat yayıb.
Amma ötən həftə İsrailin BMT-dəki daimi nümayəndəsi Qilad Erdan ölkəsinin M.Qriffits daxil olmaqla, BMT nümayəndələrinə viza verilməsindən imtina edəcəyini bildirmişdi.
Xatırladaq ki, BMT-nin Baş katibi Antonio Quterreşin Təhlükəsizlik Şurasında bəyanatından sonra İsraillə BMT arasında gərginlik yaranıb. Bundan sonra İsrail A.Quterreşi istefaya çağırıb. Lakin BMT-nin Baş katibi açıqlamasının yanlış şərh edildiyini deyib.