Azərbaycanda gələn il minimum əməkhaqqı artırılmayacaq.
Bu barədə Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinə rəyində qeyd olunub.
Belə ki, gələn il də minimum əməkhaqqının 345 manat olması nəzərdə tutulub.
Xatırladaq ki, 5 yanvar 2023-cü il də Prezident İlham Əliyev tərəfindən imzanan sərəncamla Azərbaycanda minimum əməkhaqqı 345 manat müəyyənləşdirilib.