Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məktəbdə məskunlaşan köçkünlər - Müstəqim Məmmədov axtarılır FOTO

Məktəbdə məskunlaşan köçkünlər - Müstəqim Məmmədov axtarılır
2-ci Qarabağ müharibəsi zamanı cəbhəyanı kəndlərdə yaşayan sakinlər evlərindən didərgin düşdülər. 
BAXAR.AZ xəbər verir ki, Tərtər rayonunun Həsənqaya kəndində yaşayan kəlbəcərlilər də döyüş zamanı evlərindən didərgin düşüblər. Müharibə dövründə sakinlər Bərdə rayonunun Qarağacı kəndinə, müharibədən sonra isə Tərtər rayonunun Bəyimsarov kəndinə köçürülüblər. Artıq 2 aya yaxındır ki, 10-a yaxın ailə Tərtər RTŞ-nin Maksim Məmmədiv adına  Bəyimsarov kənd məktəbində və Kəlbəcər RTŞ-nin 64 saylı məktəbində məskunlaşıblar. Sinif otaqlarında yaşayan sakinlər deyir ki, dəfələrlə problemin həlli üçün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova müraciət ediblər, lakin heç bir müsbət nəticə əldə edə bilməyiblər. 
Soyuq sinif otaqlarını odunla qızdıran sakinlər deyirlər ki, azyaşlı övladları, qoca sakinlər artıq burada yaşaya bilmirlər. Bir neçə dəfə Kəlbəcər Rayon İcra Hakimiyyətinə də müraciət etdiklərini deyən sakinlərin məlumatına görə icra başçısı koronavirusa yoluxduğundan onlarla görüşə bilmir. Amma, Kəlbəcər RİH-nin əməkdaşları 2 həftə öncə sakinlərlə görüşüb. 
Aidiyyatı qurumlara müraciət etməkdən bezən sakinlər ölkə başçısından kömək istəyir.






Fərid İMRAN

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də