Orta aylıq pensiya məbləği 2022-ci ilin əvvəli ilə müqayisədə cari ilin müvafiq dövründə 12,1% artıma sahib olub, eyni dövrə nisbətdə növbəti ilin əvvəlində isə bu göstəricinin 32,3% olacağı proqnozlaşdırılır.
Bu, Hesablama Palatasının Dövlət sosial müdafiə fondunun və işsizlikdən sığorta fondunun 2024-cü il üçün büdcə layihələrinə rəyində əksini tapıb.
Belə ki, orta aylıq pensiya məbləği 2022-ci ilin əvvəlində 331.8 manat, 2023-cü ilin əvvəlində 372,1 manat, 2023-cü ilin iyul ayında 435 manat olub.
Palatanın proqnozlarına görə, 2024-cü ildə orta aylıq pensiya məbləği 492.3 manat, 2025-ci ildə isə 511.6 manat olacaq.