Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mahaçqaladakı iğtişaşlara REAKSİYALAR

Mahaçqaladakı iğtişaşlara REAKSİYALAR


ABŞ Mahaçqalada İsrail əleyhinə iğtişaşları pisləyib.

Bunu ABŞ-ın antisemitizmlə mübarizə üzrə xüsusi nümayəndəsi Deborah Lipştadt deyib.

 O, Rusiya hakimiyyətini onların təhlükəsizliyini təmin etməyə çağırıb.

 "Birləşmiş Ştatlar bütün dünyada antisemitizmin artması ilə İsrailin və bütün yəhudi icmasının tərəfindədir", - Lipştadt əlavə edib.

 Rusiya İsrail tərəfindən də yəhudilərin təhlükəsizliyini təmin etməyə çağırılıb. Təl-Əviv Rusiya hüquq-mühafizə orqanlarından “poqromistlərə və vəhşi təhriklərə qarşı qətiyyətlə hərəkət edəcəklərini” gözləyir.

 Moskvada Dağıstandakı iğtişaşları ombudsman Tatyana Moskalkova şərh edib. Onun mesajında nə yəhudilərdən, nə də antisemitizmdən söz açılmayıb. Moskalkovanın sözlərinə görə, Mahaçqala hava limanında iğtişaşların təhrikçilərinin məqsədi “Rusiyada ictimai sabitliyi pozmaq” olub. Ombudsman “Dağıstan vətəndaşlarını təxribatlara uymamağa” çağırıb.

 Oktyabrın 29-u bazar günü axşam saatlarında Mahaçqala hava limanı yaxınlığında toplaşan bir neçə min insan Təl-Əvivdən gələn təyyarənin enməsinə etiraz edib. Etirazçılardan bəziləri hava limanına girib. Polislə toqquşmalarda 20-dən çox adam yaralanıb. Etirazçıların hərəkətləri respublikanın hakimiyyət orqanları, Dağıstan müftisi, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi, Rusiya Yəhudiləri Konqresi və bir çox başqa qurumlar tərəfindən tənqid edilib. Dağıstan rəhbəri Sergey Məlikov hadisəni kobud qanun pozuntusu adlandırıb və iğtişaşlarla bağlı bir neçə cinayət işinin açıldığını deyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də