Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan Aralıq dənizində qaz axtaracaq - İsrail icazə verdi

Azərbaycan Aralıq dənizində qaz axtaracaq - İsrail icazə verdi



İsrail Energetika Nazirliyi ölkənin Aralıq dənizi sahillərində təbii qaz axtarışları üçün 6 şirkətə lisenziya verib.

Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

 Lisenziya verilən şirkətlərdən biri Azərbaycan Dövlət Neft Şirkətidir (SOCAR). Azərbaycan şirkəti İsraili qazla təmin edən və ixrac üçün istifadə edilən nəhəng Leviafan yatağının şimalındakı ərazidə kəşfiyyat işləri aparacaq.

 SOCAR-la yanaşı BP (Britaniya) və "NewMed" (İsrail) şirkətləri də eyni ərazidə axtarış edəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də