Rusiya və Ermənistan ikitərəfli münasibətlərin qiyabi aydınlaşdırılması formatında ilişib qalıblar.
Bunu "Kommersant" nəşri yazıb.
Məqalədə bildirilir ki, dövlət başçıları təmasda deyil, iki ölkənin nümayəndələri mütəmadi olaraq ittihamlar mübadiləsi aparırlar.
Ermənistanın baş naziri Nikol Paşinyan media vasitəsilə siqnallar verir ki, İrəvan təhlükəsizlik sektorunda Rusiyanı əvəz edəcək qüvvə axtarır.
Moskva Ermənistan hakimiyyətinə dialoq yolu ilə deyil, müxtəlif yollarla izah etməyə çalışır ki, bunun alternativi yoxdur.
Rusiyanın dövlət qurumlarındakı mənbə “Kommersant” İrəvanla “əlaqələrə fasilə verildiyini” bildirib. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Nikol Paşinyanın müsahibəsinə əsaslanan bəyanatı da sübut edir.