Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sumqayıtda silahlı hücum - Ailənin iki üzvü öldürüldü

Sumqayıtda silahlı hücum - Ailənin iki üzvü öldürüldü 


Sumqayıtda atışma olub, ölən və yaralananlar var.

Hadisə 16-cı mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

 Belə ki, evə silahlı hücum zamanı ailənin 2 üzvü öldürülüb, yaralılar var. Hazırda yaralıların sayı dəqiqləşdirilir.

 Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

 Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də