Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qaribaşvili Əli Əsədov və Paşinyanla görüşündən YAZDI

Qaribaşvili Əli Əsədov və Paşinyanla görüşündən YAZDI


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın Baş naziri Əli Əsədov və erməni həmkarı Nikol Paşinyanla üçtərəfli görüşü haqda yazıb.

 Qaribaşvili feysbuk hesabında paylaşım edib.

Paylaşımda deyilir:

 “Tbilisi İpək Yolu Forumu” çərçivəsində Ermənistan və Azərbaycanın Baş nazirlərini qəbul etmək imkanım olduğuna görə çox şadam, biz Cənubi Qafqazın gələcəyini və hamımızın qarşılıqlı mənafeyi naminə həyata keçiriləcək irimiqyaslı regional layihələri müzakirə etdik. BMT tribunasında bəyan etdiyim sülh təşəbbüsü çərçivəsində, ölkələrimizin rifahı naminə regionda sülh, sabitlik və iqtisadi inkişaf istiqamətində səylərimizi davam etdirməyə hazırıq”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də