Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ ordusunun Suriyada İrana aid olduğu iddia edilən hədəflərə endirdiyi zərbələri özünümüdafiə adlandırıb.
O, bu barədə ABC News telekanalında danışıb.
Onun sözlərinə görə, İsrailin zərbələri “əsasən özünümüdafiə məqsədi ilə həyata keçirilib”.
Kirbi vurğulayıb ki, Amerika tərəfi xaricdəki qoşunlarını və obyektlərini müdafiə etməyə hazırdır.
Bundan əvvəl “Reuters” mənbəsinin məlumatına görə, ABŞ-ın F-16 qırıcılarının Suriyadakı iki hədəfə endirdiyi zərbələri İsraillə əlaqələndirmədiyi məlum olub.
Agentliyin həmsöhbətinin sözlərinə görə, bu hücumların hədəfi silah və sursat olan anbarlar olub.
Oktyabrın 27-nə keçən gecə ABŞ müdafiə naziri Lloyd Ostin bildirib ki, ABŞ prezidenti Co Bayden ABŞ hərbi mövqelərinə bir sıra hücumlara cavab olaraq Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusunun istifadə etdiyi iki obyektə zərbələr endirmək əmri verib.