Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Boris Conson teleaparıcı olacaq




Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2024-cü ildən GB News kanalında müəllif proqramının aparıcısı olacağını bildirib.

Bu barədə telekanalın tamaşaçılarına onun özü məlumat verib.

 Onun “Britaniyanın gücünü bütün dünyada nümayiş etdirəcək” proqram təqdim edəcəyi qeyd edilir.

O, həmçinin 2024-cü ildə keçiriləcək Böyük Britaniya parlament seçkilərinin işıqlandırılmasında iştirak edəcək.

"Mən tezliklə GB News-da sizə qoşulacağımı elan etməkdən məmnunam" ,-deyə  Conson bildirib.

Bundan əvvəl Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynanın “Rada” telekanalına müsahibəsində rusofil olaraq qaldığını və rus mədəniyyətinə heyran olduğunu bildirib. Böyük Britaniyanın keçmiş baş naziri həmçinin qeyd edib ki, o, Ukrayna prezidenti Vladimir Zelenski ilə əlaqəni davam etdirir. 2017-ci ildə Conson Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə özünü “inanmış rusofil” adlandırmışdı.

Conson bundan əvvəl demişdi ki, Qərb siyasi iradə nümayiş etdirməli və Ukraynanı şərtsiz və mümkün qədər tez NATO-ya qəbul etməlidir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də