Moskva yaxınlığındakı Podolskda 28 yaşlı pedofil xəstəxananın ərazisindəki tərk edilmiş binada 5-ci sinif şagirdini cinsi istismara məruz qoyduğu üçün həbs edilib.
Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin Telegram kanalında məlumat yayılıb.
İstintaqın tələbi ilə məhkəmə onu həbs edib.
Qeyd olunur ki, dindirilmə zamanı həmin şəxs cinayəti törədən zaman sərxoş olduğunu etiraf edib. Sakin bildirib ki, o, azyaşlını yoldan çıxarıb, sonra onu şirnikləndirib, tərk edilmiş binaya aparıb.
11 yaşlı qız pedofilin hərəkətindən əziyyət çəkib.
Oktyabrın 23-də 5-ci sinif şagirdinin bacısı polisə müraciət edib. Bildirilib ki, cinayətkar uşağı şəhər xəstəxanasının Batıreva küçəsində yerləşən istifadəsiz tikiliyə aparıb və orada azyaşlıya qarşı kobudluq edib.
Oktyabrın 26-da cinayətkar saxlanılıb. Kişi qeyd edib ki, o gün baş verənləri çox zəif xatırlayır, çünki guya hadisə zamanı həyat yoldaşının yanında olduğunu düşünüb.