Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yeni nazir rəisi işdən çıxardı - FOTO

Mədəniyyət naziri təyin edilən Anar Kərimov Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyevi tutduğu vəzifədən azad edib.
RegionTv.info-nun əldə etdiyi məlumata əsasən S.Hacıyev Bakı şəhərinə dəvət edilib və işdən azad olunub.
Məlumat üçün bildirək ki, S.Hacıyev daha əvvəl Gəncə şəhər 5 saylı Musiqi Məktəbinin direktoru olub.
2011-ci ildən Gəncə şəhər Mədəniyyət İdarəsinin, daha sonra Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.
Qurumun tabeliyində 6 şəhər və rayon mədəniyyət şöbələri olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də