Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko dövlət çevrilişi hazırlayır.
Bunu Ukrayna Radasının deputatı İlya Kiva deyib. Onun sözlərinə görə, siyasətçi çevrilişi avqustun 24-də təşkil edə bilər:
“Poroşenko bir neçə administrativ binanı, hətta Prezident ofisini ələ keçirməyə çalışacaq. O, bunun sayəsində prezident və parlament seçkisinin keçirilməsini tələb edə bilər. Eks-prezident millətçi qrupları maliyyələşdirir”.