Rusiyanın Ermənistana satdığı qazın qiyməti iki ölkə arasındakı siyasi münasibətlərdən asılıdır.
Bunu energetika üzrə ekspert Armen Manvelyan deyib.
Onun sözlərinə görə, əgər münasibətlər yaxşıdırsa, o zaman Rusiya qazı Belarus və Ermənistan kimi ölkələrə ucuz satır. Münasibətlər pisləşərsə, Rusiya bu kartdan istifadə etməklə Ermənistanı çətin vəziyyətə sala bilər:
“Rusiya qazı Belarusa 120 dollara, Ermənistana isə 175 dollara satır. Rusiya Federasiyası digər ölkələrə qazı kifayət qədər baha qiymətə satır. İndi Rusiya Federasiyası ilə münasibətlərimiz dəyişərsə və pisləşərsə, təbii ki, bu, qazın qiymətinin artmasına səbəb olacaq. Həm də təkcə qaza görə yox, məsələn, AES-in istismarı üçün Ermənistan Rusiyadan zənginləşdirilmiş uran idxal edir. Bu baxımdan rusların dünya bazarında özünəməxsus üstünlüyü var, çünki birincisi, bazar qiymətlərindən xeyli ucuz satırlar. İkincisi, ərazisində 99 atom elektrik stansiyası olan ABŞ hətta Rusiya ilə faktiki müharibədə olsa belə, uranının 50 faizini Rusiyadan alır”.
Azərbaycanlı politoloq Elxan Şahinoğlu dfa deyib ki, Rusiya Ermənistanın simasında Cənubi Qafqazda son forpostunu itirməsinin əvəzini İrəvandan artıqlamasıyla çıxa bilər. Məsələn,, Rusiya Ermənistana satdığı qazın qiymətini ya bahalaşdıra, ya da tamamilə kəsə bilər.
"Fransa bu problemin həllində Ermənistana nə kömək edə biləcək? Fransa Ermənistana nəql edilən Rusiya qazını nə ilə əvəz edəcək?".