Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hindistan Ermənistanı "Bayraktar"a qarşı silahlandırır - ŞOK DETALLAR

Hindistan Ermənistanı


"Hindistan son 1 ildə ilk silah partiyasını uğurla tədarük etdikdən sonra Qafqazdakı strateji müttəfiqi Ermənistana hərbi texnikanın yeni partiyasını tədarük etməyi düşünür".

 Bu cümlə Hindistanın "Economic Times" nəşrində dərc olunan materialda yer alıb.

 Qeyd olunub ki, bu yaxınlarda Ermənistanın adı açıqlanmayan yüksək rütbəli rəsmisi Yeni Dehlidə olub və bununla bağlı müzakirələr aparıb: "Hindistan Ermənistanın tələblərinə uyğun olaraq etibarlı silah təchizatçısı kimi ortaya çıxıb".

 Məlumata görə, yeni tədarükün təfərrüatları hələlik məlum deyil: "Lakin bu silah partiyasının tərkibinə Azərbaycanla münaqişəyə bənzəyən vəziyyətdə işə yarayacaq avadanlıq daxil ola bilər".

 Materialda vurğulanıb ki, Hindistanın Ermənistana göndərdiyi sonuncu partiyaya “Pinaka” reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raketlər döyüş sursatları daxildir: "Silah tədarükünün Ermənistanla tarixi əlaqələri olan İran vasitəsilə həyata keçirildiyi bildirilir".

 Nəşr xatırladıb ki, bu ilin əvvəlində Hindistan, İran və Ermənistan birgə nəqliyyat dəhlizinin yaradılması üçün üçtərəfli əməkdaşlıq formalaşdırıb: "Aprel ayında İrəvanda keçirilən görüşdə üç tərəf iqtisadi layihələri və regional kommunikasiya kanalları müzakirə edilib, mədəni və humanitar əlaqələrin, eləcə də müxtəlif sahələrdə üçtərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müəyyən edilib".

 

O da ifadə olunub ki, daha sonra bu formatda "məsləhətləşmələri davam etdirmək" qərarına gəlinib və həmin görüşdə həm də Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) regional əlaqə təşəbbüsü kimi istifadəsi müzakirə olunub.

 

"Azərbaycanın PUA-lardan istifadə etməsi Ermənistanın "Pinaka" sistemlərini satın almasının əsas səbəbidir", - deyə qeyd edilib.

 

Bildirilib ki, aşağı qiymət və istifadənin sadəliyi də bu sistemləri Ermənistan üçün ideal varianta çevirib: "Ermənistan ordusu Rusiya istehsalı olan QRAD sistemindən istifadə etməyə vərdiş etdiyi üçün bu sistemlə asanlıqla tanış ola bilir".

 

Matrialda Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri Andranik Koçaryandan da sitat gətirilib. Belə ki, bu yaxınlarda Hindistanın adını çəkmədən Koçaryan bəyan edib ki, Ermənistana gətirilən yeni silahlar hazırda Ermənistan hərbçiləri tərəfindən sınaqdan keçirilir və nəticələr olduqca qənaətbəxşdir.

 

"Bizim mətbuat, xalqımız bütün günü müzakirə edir ki, hansı silahlar gətirilib, hansı ölkədən gətirilib, harada sınaqdan keçirilib. Müdafiə Nazirliyinin müvafiq bölməsi bu silahı sınaqdan keçirir və sınaqlar çox qənaətbəxşdir. Ölkələrin siyahısı müzakirə oluna bilər. Önəmli olan bu deyil, önəmli olan odur ki, bu istiqamətdə iş uğurla gedir", - Koçaryan deyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də