Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qadın və uşaqlarla bağlı ayrıca dövlət proqramı qəbul edilsin - Deputat

Qadın və uşaqlarla bağlı ayrıca dövlət proqramı qəbul edilsin - Deputat


Milli Məclisdə Böyük Qayıdış Strategiyasının reallaşdırılması ilə bağlı azad olunmuş ərazilərdə qadın və uşaqlarla bağlı ayrıca dövlət proqramı qəbul edilməsi təklif edilib.

Bu təkliflə Milli Məclisdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edib.

“Daha sonra Məişət Zorakılığının Qarşısının Alınması  üçün mötəbər məlumat bazasının formalaşdırılması, profilaktiki məzmunu önə çəkmək üçün bir sıra ölkələrdəki kimi “Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəz” yaratmaq olar. Dünya praktikası göstərir ki, profilaktika qanunları cinayət və inzibati məcəllələrin ayrı-ayrı maddələrindən daha səmərəlidir.

 Eyni zamanda İcbari tibbi sığorta proqramları çərçivəsində qadın və uşaqların səhiyyə əlçatanlığı paketinin gücləndirilməsi zəruridir. Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi üçün işçi qrup yaratmaq, tərkibini formalaşdırmaq olar”, - o vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də