Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xankəndiyə də səfərlər təşkil ediləcək? - Rəsmi AÇIQLAMA

Xankəndiyə də səfərlər təşkil ediləcək? - Rəsmi AÇIQLAMA


44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Yürüstü Nəqliyyat Agentliyi (AYNA) "Yolumuz Qarabağa" layihəsi çərçivəsində Şuşa və Füzuliyə səfərlər təşkil etməyə başlayıb. Dünənə qədər 18 yaşı tamam olmuş istənilən Azərbaycan vətəndaşı "Yolumuz Qarabağa" portalında qeydiyyatdan qeydiyyatdan keçərək, təyin olunmuş istiqamətlər üzrə bilet ala bilərdi. Oktyabrın 26-dan etibarən isə yaş məhdudiyyəti ləğv edilib.

 Hazırda Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir.

 19-20 sentyabrda keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı nəzarətimizə keçən ərazilərə, eləcə də Qarabağın digər bölgələrinə də səfərlərin təşkil edilməsinin planlaşdırılıb-planlaşdırılmadığı da maraqlıdır.

Azərbaycan Yürüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edib. Əməkdaşımız Xankəndi, Xocavənd, Xocalı, Xocavənd, Əsgəran, Ağdərə yaşayış məntəqələrinə səfərlərin təşkil edilib-edilməyəcəyi ilə bağlı AYNA-ya sorğu göndərib.

 

Qurumun mətbuat xidmətinin başçısı Tural Orucov saytımıza açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərdən yeni avtobus marşrutlarının açılması tələbatla yanaşı mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir:

 

O qeyd edib ki, marşrutlar tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq təşkil edilir.

 

"İşğaldan azad olunmuş ərazilərə səfər zamanı həm sərnişinlərin, həm də ümumilikdə hərəkətin təhlükəsizliyi təmin edilməlidir.  İşğaldan azad olunmuş digər ərazilərdə təhlillər aparılır", - Tural Orucov qeyd edib.

 

Xatırladaq ki, Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də