Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Slovakiya Ukraynaya hərbi yardımı dayandıracaq




Slovakiyada yeni qurulan hökumətin baş naziri Robert Fiko Ukraynaya hərbi yardımın dayandırılacağını açıqlayıb.

Slovakiyadakı koalisiya hökumətinin baş naziri Robert Fiko açıqlamasında Kiyevə hərbi yardımı dəstəkləməyəcəyini bildirib.

 Ukraynaya hərbi yardımın dayandırılacağını bildirən Fiko, "Avropa Birliyi silah tədarükçüsündən vasitəçiyə keçməlidir",-deyib.

Fiko Qərbin Rusiyaya qarşı sanksiyalarına qarşı çıxıb və Slovakiyaya təsirini görməsə, Moskvaya qarşı heç bir sanksiyalara səs verməyəcəyini bildirib.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı Fiko vurğulayıb ki, “onların 10 il həll olunmamış münaqişə ilə məşğul olmaqdansa, 10 illik sülh danışıqlarında iştirak etməsi daha yaxşı olardı”.

Sentyabrın 30-da Slovakiyada keçirilən seçkilərdə birinci olan Sosial Demokrat Partiyası (SMER), Liberal Səs Partiyası (HLAS) və Slovak Milli Partiyası (SNS) arasında qurulan koalisiya hökuməti bu gün fəaliyyətə başlayıb.

4-cü dəfə Slovakiyanın baş naziri vəzifəsini icra edən SMER sədri Robert Fico prezident Zuzana Çaputovanın yeni kabineti təsdiqləməsindən sonra təşkil edilən mərasimdə konstruktiv hökumət olacaqlarına söz verib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də