RegionTV.info
"Tərtərdə inqilab olacaq.
Hər kəsə "Gəncə hadisələri" məlumdur, eynilə də səbəbləri. Yunis Səfərovun əməlinə haqq qazandırmıram, o cinayət törədib, cəzasını almalıdır. Amma, Yunis məhkəmələrdə Gəncə RİH-nin xanı Elmar Vəliyevdən bezdiyini, buna görə də bu əməli törətdiyini bildirir.
Tərtər camaatı, mətbuat, siyasilər, deputatlar haray çəkirlər ki, Müstəqim Məmmədov Tərtər sakinlərinə zülm edir, onları diri ikən öldürür. Tərtərin xanı şəhid, qazi ailələrink təhqir edir, onların torpaqlarını, ciblərindəki pulları qəpiyinə kimi alır. Bu barədə mətbuatda yüzlərlə, minlərlə məlumat var.
Hüquq-mühafizə orqanlarına minlərlə sakin, siyasilər müraciət edib ki, Müstəqim Məmmədov barəsində bir tədbir görün. Lakin heç bir nəticə ortada yoxdur. Bu gün Tərtəri qarış-qarış gəzmişəm qazilər, şəhid ailələri qan ağlayır. İcrabaşı olan bu xan Tərtərdə mənimsədiyi torpaqların, tikdirdiyi obyektlərin böyük əksəriyyətini 85 yaşlı qaynanasının adına keçirib. Tərtəri dağıtmaqla, işğal etməklə kifayətlənməyən bu xan indi də Ağdərə rayonunun ərazisindki əkin yerlərini mənimsəyir.
Bizim Prezident Administrasiyası, hüquq-mühafizə orqanları nəyi gözləyir bilmirəm. Amma, bu gün gəldiyim qənaət ondan ibarətdir ki, Tərtərdə qısa müddət ərzində "Gəncə hadisələri" və ya inqilab baş verəcək. Bu qədər göz yummaq olmaz. Çox təəssüf ki, bizim bir neçə dostumuz, həmkarımız olan yoldaşlar isə Müstəqim Məmmədovu müdafiə etməklə məşğuldurlar.
Dediklərimlə Müstəqim Məmmədov razılaşmırsa, təkzib göndərsin, onu da yazım."
baxar.az
Xəbəri paylaş