Qazaxıstan əcnəbilər üçün yeni qaydalar hazırlayır.
Qazaxıstan Milli Bankının qərarına əsasən, bank kartlarının alınması üçün tələblər sərtləşdirilir.
Qazaxıstan Milli Bankı xarici vətəndaşlara bank kartlarının verilməsi prosesinin sərtləşdirilməsinə yönəlmiş düzəlişlər hazırlayıb.
İndi kart almaq üçün müraciət edən şəxs onun respublikada müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədləri təqdim etməli olacaq.
Bundan əlavə, Qazaxıstan tənzimləyicisi ödəniş təşkilatları üçün minimum nizamnamə kapitalının beş dəfə artırılmasını təklif edib. Həmçinin, mal və xidmətlərin haqqını hissə-hissə ödəmək üçün yetkinlik yaşına çatmayanlara verilən kartlardan istifadəyə qadağa və digər məhdudiyyətlərin tətbiqi təklif edilir.
Bundan əvvəl, bu ilin yanvarında Qazaxıstan artıq Aİİ ölkələrinin vətəndaşları üçün öz ərazisində vizasız qalma məhdudiyyətləri tətbiq etmişdi. Vizasız qalma müddəti hər 180 təqvim günü ərzində 90 günlə məhdudlaşdırılıb.