Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xalq artistinin qardaşının maşını aşdı - Ölən və yaralılar var


Kürdəmir-Zərdab yolunun Qaramahmudlu kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xalq artisti Mənsum İbrahimovun qardaşı Zülfiqar İbrahimovun idarə etdiyi maşın aşıb.

"Kia Sorento" markalı maşının aşması nəticəsində sərnişin 76 yaşlı Rəhimova Məlahət Əli qızı aldığı xəsarətlərdən yerindəcə keçinib. Zülfiqar İbrahimov və onun xanımı S. İbrahimova, oğlu 13 yaşlı Ayxan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Qəzada ölən şəxs Z. İbrahimovun qayınanasıdır. Zülfiqar İbrahimovun oğlu İsrafil İbrahimov Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 26-da Laçın rayonunu Səfiyan kəndində gedən döyüşlərdə şəhid olub. Şəhid, kiçik çavuş İsrafil Zülfüqar oğlu İbrahimov Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edib. İsrafil İbrahimov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də