Bu gün saat 08:30 radələrində Çarxı stansiyası yaxınlığında “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus teplovoz hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 90-FR-207 olan “Mercedes” markalı avtomobil dəmiryol keçidində qəflətən qatarın qarşısına çıxıb.
Toqquşma nəticəsində xəsarət alan olmayıb, teplovozun müəyyən hissələri zədələnib, dəmiryol infrastrukturuna ziyan dəyib.