Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ İsrail və Ukraynaya kifayət qədər silah verəcək




ABŞ İsrail və Ukraynanı dəstəkləmək üçün kifayət qədər silah və istehsal gücünə malikdir.

Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder brifinqdə bildirib.

ABŞ və müttəfiqlərinin 155 mm-lik artilleriya sursatlarının istehsalını artırmaq üçün addımlar atdıqlarını vurğulayaraq, "Biz həm İsrailin, həm də Ukraynanın gələcək ehtiyaclarını ödəyə biləcəyimizə əminik",-deyə o bildirib.

Bundan əlavə, Rayder qeyd edib ki, ABŞ-ın da öz ordusunu lazım olan hər şeylə təmin etmək imkanı var.

Oktyabrın 24-də Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin bəyan edib ki, Qərb ölkələri İsrailə yeni silah partiyaları ötürdüyü üçün Ukrayna ordusu hücuma keçə və döyüş əməliyyatları apara bilməyəcək.

Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıqal “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, bütün dünyada sursat qıtlığı yaşanır. O, əmindir ki, onları Ukraynada istehsal etmək lazımdır.

Bir gün əvvəl Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirmişdi ki, Həmas və İsrail arasında qarşıdurmaya baxmayaraq, Avropa diqqətini Ukraynadan yayındırmır. Onun sözlərinə görə, Kiyevə dəstək Aİ Şurasının nazirlər toplantısında əsas mövzulardan biri olacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də