Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Netanyahudan “Hizbullah”a xəbərdarlıq

Netanyahudan “Hizbullah”a xəbərdarlıq


İsrail Baş naziri Benyamin Netanyahu “Hizbullah”a xəbərdarlıq edib.

Bu barədə İsrail Baş naziri Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında danışıb.

 "Hizbullah” ciddi şəkildə bu müharibəyə qatılaraq səhv etsə, peşman olacaq", - İsrail hökumət başçısı deyib.

 Netanyahu əlavə edib ki, “Hizbullah” sanki "İkinci Livan müharibəsi"nin həsrətindədir. O, İsrailin lazım gələrsə, tədbir görəcəyini və “Hizbullah”a qarşı dağıntıların ağlasığmaz olacağını vurğulayıb.

 "Hizbullah” dəhşətli nəticələrlə üzləşməli olacaq", - o əlavə edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də