Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Putini görüşlərdə oxşarı əvəz edir? - Peskovdan açıqlama




Kreml Vladimir Putinin bəzən dublyorla (oxşarlarla) əvəzlənməsi ilə bağlı şayiələri bir daha təkzib edib və bunu absurd "ağ yalan" adlandırıb.

 Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib:

"Heç bir oxşar yoxdur. Bu, bir sıra KİV-lərin həsəd aparılacaq israrla müzakirə etdiyi absurd informasiya yalanları kateqoriyasına aiddir. Bu, əlbəttə, təbəssümdən başqa heç nəyə səbəb olmur".

Xatırladaq ki, bir sıra Telegram kanalları Putinin huşunu itirməsi və oxşarı ilə əvəzlənməsi barədə məlumat yayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də