Milli Məclisdə Toponimiya komissiyası və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə Qərbi Azərbaycanda, Qarabağda və Şərqi Zərgəzurda adları dəyişdirilən toponimlərə yeni adların verilməsi və xəritənin hazırlanması ilə bağlı iclas keçiriləcək.
iclas oktyabrın 31-də baş tutacaq.
Toplantıda Qərbi Azərbaycanda, Qarabağda, Şərqi Zərgəzurda adları dəyişdirilən toponimlərə yeni adların verilməsi və tarixi adlarının qaytarılması üçün xəritə hazırlanması müzakirə olunacaq.
İlkin məlumata görə, Xankəndi, Şuşa, Ağdarə, Xocavəndin kəndələrinin bəzilərinin erməniləşdirilmiş adları müəyyənləşəcək.
Qeyd edək ki, bu təşəbbüs dövlət başçısının təqdimatı ilə Milli Məclisin Regional məsələlər komitəsində baxıldıqdan sonra parlamentdə müzakirəyə çıxarıla və qərar qəbul edilə bilər.