Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ İranı hədələdi




İran Həmas və Hizbullahı dəstəkləməyə və hücumlara şərait yaratmağa davam edir.

Sky News-un məlumatına görə, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.

 Onun sözlərinə görə, İran silahlıları döyüş sursatları, maliyyə və bəzi hallarda təlimlə təmin edir, eyni zamanda bunu inkar etməyə çalışır.

 "ABŞ buna icazə verməyəcək",deyə o bildirib.

 “Biz regionda maraqlarımıza qarşı hər hansı təhlükənin cavabsız qalmasına imkan verməyəcəyik. Biz ötən həftə nümayiş etdirdik ki, bu maraqları qorumaq və müdafiə etmək üçün əlimizdə olan hərbi imkanlara malikik və istifadə edəcəyik və bu imkanlar hər gün daha da yaxşılaşır”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də