"Qəzza zolağında atəşkəs olmayacaq".
Bunu yüksək rütbəli İsrail rəsmisi CNN-ə girovların azad edilməsi üçün aparılan danışıqları şərh edərkən deyib.
"İsrail və ABŞ oğurlananların mümkün qədər tez azad edilməsini istəyir, lakin humanitar səylərin HƏMAS-ın məhv edilməsi missiyasına təsir etməsinə icazə verilməməlidir", - rəsmi əlavə edib.
Qeyd edək ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam etməkdədir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.