Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Keçmiş məhkum narkotiklə tutuldu

Keçmiş məhkum narkotiklə tutuldu


Keçmiş məhkum Masallıda külli miqdarda narkotiklə tutulub.

 DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Abşeron rayon sakini Xəyal Abasov idarə etdiyi “Subaru Forester” markalı avtomobildə saxlanılıb. Keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən 6 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitəni satışını təşkil etmək üçün İran vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.Məhkəmənin qərarı ilə X.Abasov barəsində həbs qətimkan tədbiri seçilib.

 Hazırda faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də