Qəzzada girovları axtaran İsrail əsgəri həlak olub.
Bu barədə İsrail tərəfi məlumat yayıb.
Bildirilib ki, Qəzzaya məhdud reyd zamanı 1 İsrail əsgəri öldürülüb, daha 3-ü isə yaralanıb. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, hərbçilər itkin düşən israilliləri axtarıb və hadisə baş verən zaman ərazi təmizləyirmişlər.
“Bu səhər Qəzza zolağında yerli reyd zamanı tank əleyhinə raket bir tankı və mühəndis maşınını hədəfə alıb”, - sözçü söyləyib.
Onun sözlərinə görə, hadisə Qəzza zolağının İsraillə sərhədində yerləşən Kissuf ərazisində baş verib. "Times of Israel" nəşri aydınlaşdırıb ki, bu, sərhəd hasarının qərb (yəni Fələstin) tərəfində baş verib.
Xatırladaq ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam etməkdədir.