Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

DİM imtahan qiymətlərini artıracaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

DİM imtahan qiymətlərini artıracaq? - Məleykə Abbaszadədən AÇIQLAMA


Tələbə və dövlət qulluğuna qəbulla bağlı xidmətlərin ödənişi Tarif Şurası tərəfindən təsdiqlənir. Dövlət İmtahan Mərkəzi (DİM) buna uyğun olaraq öz fəaliyyətini qurur. DİM publik hüquqi şəxsdir. İmtahanların növləri dəyişəndə, hansısa yeniliklər olanda imtahanlara xərclənən vəsait hesablanır. Bir imtahan verənə nə qədər pul xərclənirsə, müəyyənləşdirilib müvafiq rəsmi quruma məlumat verilir.

Bunu AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
 “Yaxın zamanda Dövlət İmtahan Mərkəzi tərəfindən Tarif Şurasına tələbə və dövlət qulluğuna qəbulla bağlı xidmətlərin ödəniş qiymətlərinin artımı ilə bağlı müraciət edilməyib”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də