Biatlon və xizək yarışı üzrə üçqat Olimpiya çempionu Anfisa Reztsova 58 yaşında dünyasını dəyişib.
Bu barədə Rusiya Biatlon İttifaqının (RUB) mətbuat xidməti məlumat yayıb.
“Oktyabrın 19-da 59 yaşında Anfisa Reztsova vəfat etdi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Dəfn mərasiminin vaxtı və yeri daha sonra açıqlanacaq”, - məlumatda deyilir.
Martın 28-də Anfisa Reztsovanın ürək tutması ilə xəstəxanaya yerləşdirildiyi məlum olub.
Reztsova son günlərini Moskva vilayətində xəstəxananın reanimasiya şöbəsində keçirib və oktyabrın 15-də huşsuz vəziyyətdə aparılıb. Oktyabrın 20-də idmançı başqa xəstəxanaya aparılmalı idi, lakin o, özünə gəlmədən dünyasını dəyişib.
Reztsova 1985-2000-ci illərdə çıxış edib. 1988-ci ildə xizək estafetində Olimpiya çempionu olub. 1992-ci ildə rus qadın Olimpiadada biatlon sprintində qalib gəlib və iki il sonra Lillehammerdə keçirilən Oyunlarda biatlon estafetində birinci yeri qazanıb. Bundan əlavə, Anfisa Reztsova xizək sürmə üzrə üçqat dünya çempionudur.
İdmançı 1985-ci ildə əri olan Leonid Reztsovun rəhbərliyi altında Vladimirdəki "Dinamo" idman cəmiyyətində məşqlərə başlayıb.