Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fransa bizimlə dialoqu rədd edir - Qvadelupanın nümayəndəsi

Fransa bizimlə dialoqu rədd edir - Qvadelupanın nümayəndəsi


Biz istəyirik ki, müstəmləkəçiliyə sakit şəkildə son qoyaq. Lakin Fransa bu dialoqu rədd edir.

Bu barədə Qvadelupanın azadlığı naminə xalq birliyinin nümayəndəsi Qaston Samit mətbuat konfransı zamanı deyib.

 O qeyd edib ki, Fransanı yalnız öz maraqları düşündürür. “Bir sıra ölkələrdə Fransa müstəmləkəçiliyinə son qoyulsa da, hələ də orada Fransa təsirləri özünü göstərir”,- deyə o əlavə edib.

 

Qeyd edək ki, sabah Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

 

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

 

BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də