Fələstin prezidenti Mahmud Abbas Qəzza zolağında xəstəxanaya hücumdan sonra Əmmanda ABŞ prezidenti Co Baydenlə planlaşdırılan görüşdə iştirak etmək niyyətində olmadığını açıqlayıb.
Bu barədə "Associated Press" məlumat yayıb.
Əmman sammitində Baydendən başqa İordaniya kralı və Misir prezidenti də iştirak etməli idi.
Tərəflər İsrail və HƏMAS arasında münaqişəyə son qoymağın yollarını, bu hadisələrin region üçün nəticələrini və Qəzza zolağına humanitar yardımın çatdırılmasını müzakirə edəcəkdi.
Abbasın iclasa qatılmaqdan imtina etdiyini açıqlamasının ardınca İordaniya hakimiyyəti Əmmanda keçirilməsi planlaşdırılan sammiti ləğv etdiklərini açıqlayıb.