Naxçıvana təyyara biletlərinin tapılmaması ilə bağlı məsələ uzun zamandır problemli olaraq qalır.
Bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
“Amma bildirim ki, artıq Naxçıvana biletlər onlayn olaraq alına bilir. Bu da biletlərin alınmasını asanlaşdırır. Bununla bağlı təbii ki, problem yaranacaq. Bu gün tələbdən asılı olmayaraq cədvəl üzrə Naxçıvana təyyarə sayı 4-dür. Bəzən isə 14-də də qaldırırıq. Məsuliyyətlə deyirik ki, bilet tapılmaması ilə bağlı hal ola bilməz. Biz vətəndaşlara çağırış etsək də, onlayn biletinizi alın, onlar vasitəçilər axtarır. Bundan əlavə insanlar bütün baqajı yığıb hava limanına gedib yerində bilet tələb edir. Xahiş edirik biletlərinizi 1-2 gün öncədən alın”.