Rusiya sülhməramlılarının Laçın-Xankəndi yolunun Şuşa rayonu ərazisindən keçən hissəsində quraşdırılan postu ləğv edilib.
Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə postda ucaldılan Rusiya bayrağının sülhməramlılar tərəfindən endirildiyi də öz əksini tapıb.
Qeyd edək ki, 2023-cü il sentyabrın 19-dan Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Həmin videonu təqdim edirik: