Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Keçmiş rəis vəfat etdi

Keçmiş rəis vəfat etdi


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) keçmiş əməkdaşı, uzun illər dəniz nəqliyyatı sahəsində çalışmış Arif Məmmədov vəfat edib.

Bu barədə ASCO-dan bildirilib.

 Məlumata görə, o 72 yaşında dünyasını dəyişib.

 A.Məmmədov 1952-ci ildə Naxçıvan MR-nın Babək rayonunda anadan olub, 1985-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu “Neft və qazın kimyəvi emalı texnologiyası/kimyaçı-texnoloq” ixtisası, 2000-ci ildə isə Azərbaycan Dövlət Dəniz Akademiyasını “Gəmi sürücülüyü” ixtisası üzrə bitirib.

 O, əmək fəaliyyətinə 1972-ci ildə "Sahil" Kəşfiyyat Qazma İdarəsində çilingər kimi başlayıb, daha sonra müxtəlif idarə və təşkilatlarda çalışıb, 1996-2000-ci illərdə ASCO-nun Xəzər Dəniz Neft Donanmasının rəisi, 2016-2020-ci illərdə isə "ACSC Logistics" MMC-nin direktor müavini olub.

 Allah rəhmət eləsin!


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də