Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya işğalındakı bölgədə qalan 3 ukraynalı uşaq xilas olunub - FOTO

Rusiya işğalındakı bölgədə qalan 3 ukraynalı uşaq xilas olunub - FOTO


Ukrayna Rusiya tərəfindən işğal olunmuş ərazilərdən daha 3 uşağı geri almağa müvəffəq olub.

Bunu ölkənin Reinteqrasiya Nazirliyi açıqlayıb.

 Bildirilib ki, söhbət Xerson sakini olan 10 yaşlı Aleksandr, 6 yaşlı Yakov və 8 yaşlı Darinadan gedir. Müharibə başlayanda valideynlər daha təhlükəsiz olacağına ümid edərək uşaqlarını kəndə nənələrinin yanına göndərmək qərarına gəliblər. Tezliklə rayon mərkəzi azad edilib, nənə və nəvələr isə işğal altındakı ərazidə qalıblar.

 Xersondan geri çəkilən Rusiya qüvvələri Antonovski körpüsünü partladıblar, ona görə də uşaqları geri qaytarmaq mümkün olmayıb. Lakin Ukrayna Uşaq Hüquqları Şəbəkəsinin və Reinteqrasiya Nazirliyinin fəaliyyəti sayəsində onlar valideynlərinə qovuşublar.

 Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də