İrəvanda sabiq müdafiə naziri, parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın qanunsuz əmlakının müsadirəsi ilə bağlı məhkəmə iclası keçirilib.
Ermənistan Prokurorluğu iddiasına görə, Ohanyan və ona yaxın olan şəxslərin xeyrinə “Lexus” markalı avtomobil, İrəvanın mərkəzində 2 daşınmaz əmlak, Vaaqn rayonunda fərdi yaşayış evi, Sevan sahilindəki bağ evi və digər daşınmaz əmlaklar müsadirə edilməlidir.
Ohanyan isə bildirib ki, prokurorluğun iddiasında qeyd edilən əmlak onun deyil.
Xatırladaq ki, mayın 30-da məlum olub ki, İrəvanın birinci instansiyasının ümumi yurisdiksiya məhkəməsi “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın qeyri-qanuni mənşəli əmlakından bəhs edən iddianı qəbul edib.
Baş Prokurorluğun Qanunsuz əldə edilmiş əmlakın müsadirəsi üzrə İdarəsi Ohanyan və ona bağlı olan 3 şəxsdən Ermənistan Respublikasının xeyrinə 1 milyon 92 milyon 538 min 513 dramın müsadirə edilməsi tələbini məhkəməyə təqdim edib.