Finlandiyanın keçmiş prezidenti, 2008-ci il Nobel Sülh Mükafatı laureatı Martti Ahtisaari 86 yaşında vəfat edib.
Bu barədə Finlandiya prezidentinin ofisinin mətbuat xidməti məlumat yayıb.
Ölkənin hazırkı prezidenti Sauli Niinistö cənab Ahtisaarinin vəfatı ilə bağlı başsağlığı verib və qeyd edib ki, Finlandiyanın Avropa İttifaqına daxil olmasına məhz onun siyasəti töhfə verib.
Martti Ahtisaari 1937-ci ildə Vıborqda anadan olub. O, 1994-2000-ci illərdə Finlandiya prezidenti olub. 2008-ci ildə Ahtisaari “30 ildən artıq müddətdə bir neçə qitədə beynəlxalq münaqişələrin həllində göstərdiyi səylərə” görə Nobel Sülh Mükafatına layiq görülüb.
1980-ci illərin sonunda o, BMT-nin Namibiyadakı missiyasına rəhbərlik edib. Daha sonra o, 1991-ci ildə İraq müharibəsinin nəticələrinin aradan qaldırılması missiyasına rəhbərlik edib, 1992-1993-cü illərdə isə Bosniya və Herseqovinadakı vəziyyətin həllində iştirak edib.