Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Blinken Azərbaycanla bağlı belə deməyib - Dövlət Departamenti TƏKZİB ETDİ

Blinken Azərbaycanla bağlı belə deməyib - Dövlət Departamenti TƏKZİB ETDİ


ABŞ Dövlət Departamenti dövlət katibi Entoni Blinkenin ABŞ qanunvericilərinə Azərbaycanın yaxın həftələrdə Ermənistanı işğal edə biləcəyi ilə bağlı xəbərdarlıq etdiyi barədə “Politico” nəşrinin yaydığı xəbəri təkzib edib.
 ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Ermənistanın “Armenpress” xəbər agentliyinə verdiyi şərhdə “Politico”nun məqaləsindəki məlumatın yanlış olduğunu və dövlət katibi Blinkenin qanunvericilərə dediklərini əks etdirmədiyini bildirib.
 “ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz vurğulayırıq ki, bu suverenliyin və ərazi bütövlüyünün istənilən halda pozulması ciddi nəticələrə gətirib çıxaracaq. “Politico”nun bu barədəki məlumatı yanlışdır və dövlət katibi Blinkenin qanunvericilərə dediklərini əks etdirmir”, - Dövlət Departamentinin sözçüsü Miller vurğulayıb.

Qeyd edək ki, "Politico.com" saytının məlumatına görə, guya ABŞ dövlət katibi Entoni Blinkenin amerikalı senatorlarla söhbəti zamanı bildirib ki, yaxın həftələrdə Azərbaycanın Ermənistanın Zəngəzur bölgəsini işğal etməsi ehtimalı çox yüksəkdir. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də