Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pekinə səfəri çərçivəsində çinli həmkarı Van Yi ilə görüşüb.
Bu barədə TASS məlumat yayıb.
Nazirlər Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında gözlənilən danışıqları müzakirə ediblər. Lavrov deyib ki, iki ölkə liderlərinin ikitərəfli münasibətləri bütövlükdə müzakirə edəcəkləri gözlənilir.
“Sizi bu yaxınlarda qeyd olunan ÇXR-in yaradılmasının və ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 74-cü ildönümü münasibətilə bir daha təbrik etmək istərdim. Və təbii ki, bunlar yüksəlişdə olan münasibətlərdir və prezidentlər sabah, o biri gün görüşəndə onları tam şəkildə müzakirə edəcəklər”, - deyə rusiyalı nazir qeyd edib.
Larov və Putin “Bir kəmər - bir yol” beynəlxalq forumunda iştirak edəcəklər. Rusiya XİN rəhbəri qeyd edib ki, Rusiya tərəfi forumun uğurla keçməsində maraqlıdır.